AZ

Almaniyada yaşayan türklərin gözlədiyi xəbər gəldi

Almaniyada yaşayan əcnəbilərə Türkiyə vətəndaşlığını itirmədən Almaniya vətəndaşlığını almağa imkan verəcək "Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi Qanunu" sabahdan qüvvəyə minir. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeni qanunla Almaniya vətəndaşlığının alınması müddəti 8 ildən 5 ilə endirilir. Antisemit, irqçi, ksenofobik və ya digər qeyri-insani hərəkətlər edənlərə, kişi və qadın bərabərliyini qəbul etməyənlərə Almaniya vətəndaşlığı verilməyəcək.

"Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi Qanunu" martın 26-da Almaniya Prezidenti Frank Valter Ştaynmayer tərəfindən imzalandıqdan 3 ay sonra rəsmi qəzetdə dərc edilərək sabah qüvvəyə minir.

Yeni qanunla Almaniya vətəndaşlığına keçid asanlaşacaq və ikili vətəndaşlığa maneələr aradan qaldırılacaq. Almaniya vətəndaşı olmaq istəyənlər öz ölkələrinin vətəndaşlığından imtina etməli olmayacaqlar. Beləliklə, Almaniyada yaşayan Türkiyə vətəndaşları artıq Türkiyə vətəndaşlığından imtina etmədən Almaniya vətəndaşlığını ala biləcəklər. Yeni qanunla Almaniya vətəndaşlığının alınması müddəti də qısaldılıb. Bundan sonra Almaniya vətəndaşlığını almaq üçün tələb olunan qanuni yaşayış müddəti 8 ildən 5 ilə endirilir.

Almaniya vətəndaşlığını almaq istəyən şəxsin ölkədəki həyat şəraitinə uyğunlaşmaqda məktəb və ya peşə uğuru qazandığı, könüllü iş gördüyü və ya dili öyrənmək üçün xüsusi səy göstərdiyi hallarda bu müddət 3 ilə endirilə bilər.

Almaniyada doğulan uşaqlar, əgər valideynlərindən biri bu ölkədə qanuni olaraq ən azı 5 il yaşayırsa, Almaniya vətəndaşlığını ala biləcəklər.

Vətəndaşlıq üçün müraciət edənlər alman dilini bildiklərini sübut etməli və vətəndaşlıq imtahanı verməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
sia.az

1Mənbələr