AZ

HATO-nun yeni baş katibi seçildi - Stoltenberq dövrü arxada qalır

NATO təşkilatına üzv olan 32 dövlətin səfirləri Şimali Atlantika alyansının Brüsseldə keçirilən iclasında Niderlandın Baş naziri Mark Ryutteni qarşıdakı 5 il üçün hərbi ittifaqın Baş katibi seçiblər.

TASS informasiya agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə alyansın təmsilçisi məlumat verib. Mark Ryutte yeni vəzifəsinin icrasına oktyabr ayından etibarən başlayacaq. O, bu vəzifədə norveçli Yens Stoltenberqi əvəz edəcək.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
hurriyyet.az

1Mənbələr