AZ

Britni Spirs selülitli fotolarına görə paparassiləri tənqid edib

Britni Spirs selülitli fotolarına görə paparassiləri tənqid edib

Amerikalı müğənni Britni Spirs selülitlərini göstərən şəklinə görə paparassilərə etiraz edib. İnstaqram səhifəsində yerləşdirdiyi yazıda o, küçədə çəkilən fotoqraflarının müəlliflərini tənqid edib. Qeyd edək ki, həmin fotolar "Daily Mail"ə məxsusdur. Nəşr 42 yaşlı aktrisanın dar mərcan çəhrayı rəngli mini paltarda fotosunu paylaşıb. Eyni zamanda, yayımlanan fotoşəkillərdə onun büstqalter geyinmədiyi əksini tapıb. Sənətçinin ayaqlarındakı selülit də görüntülərdə açıq-aydın nəzərə çarpır.Bununla bağlı estrada müğənnisi eyni paltarda göründüyü yerdə video çəkdirib. “Bədənimin mükəmməl olmadığını başa düşürəm, amma ayaqlarımda selülit olmadığını da bilirəm. Paparassilər mənim ictimai yerdə şəklimi çəkəndə bilirəm ki, mən tamamilə fərqli görünürəm! Düzünü desəm, bu, təhqiramizdir, çünki özümü təhqir olunmuş hiss edirəm!” - deyə o yazıb.Britni Spirs çimərlikdə çılpaq poza verib və videonu pərəstişkarlarına göstərib. Daha sonra müğənni uzaqdan görünən xurma ağaclarının fonunda tamamilə çılpaq pozalar verərək, müxtəlif rakurslardan öz fiqurunu nümayiş etdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
afn.az

1Mənbələr