AZ

Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin ACI TALEYİ

Zaqatalada boğazında qalan alça tumundan dünyasını dəyişən 30 yaşlı oğlanla bağlı ürəkdağlayan məlumat yayılıb.

Lent.az sosial şəbəkələrə (Zaqatala News) istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən Bəhruz Sulxayevin dünən evliliyinin 5-ci ildönümü imiş.

Həyat yoldaşı bu münasibətlə rayondakı şirniyyat sexlərindən birinə tort sifariş edib. Sifarişi götürmədikləri üçün xanıma zəng ediblər. Xanım isə ağlaya-ağlaya həyat yoldaşını itirdiyini deyib.

Xatırladaq ki, B.Sulxayev 2 uşaq atası imiş.

Qeyd edək ki, rayonun Mamrux kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu boğazına gedib. Nəticədə o qanaxmadan dünyasını dəyişib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1122
19
big.az

10Mənbələr