AZ

İran növbədənkənar prezident seçkisi astanasında - Ən vacib DETALLAR

İran İslam Respublikası növbədənkənar prezident seçkilərinin astanasındadır - iyunun 28-də ölkənin səsəvermə hüququ olan vətəndaşları sandıq başına keçəcəklər.

İran prezidenti Konstitusiyanın 114-cü maddəsində göstərildiyi kimi, 4 ildən bir xalqın birbaşa səsverməsi ilə seçilir. Prezident ölkənin birbaşa seçilən ən yüksək vəzifəli şəxsi, icra hakimiyyətinin başçısıdır.

Səslərin mütləq əksəriyyətini (50% +1) toplayan namizəd seçkidə qalib gəlmiş sayılır.

Namizədlərdən heç biri kifayət qədər səs toplamasa, növbəti cümə günü ən çox səs toplayan iki namizəd arasında təkrar seçki keçirilir.

İranda seçkilərə buraxılan prezidentliyə namizədlərin təşviqat kampaniyası iyunun 12-dən iyunun 27-dək davam edir.

Prezidentliyə namizədlər siyahısında aşağıdakı adlar yer alıb:

- Seyyid Əmir Hüseyn Qazizadə Haşimi
- Əlirıza Zəkani
- Səid Cəlili
- Mustafa Purməhəmmədi
- Məhəmməd Bakır Qalibaf
- Məsud Pezeşkian.
 

Modern.az-ın məlumatına görə, İrandakı prezident seçkiləri ilə bağlı bəzi vacib detallar bunlardı:
 

- Ölkə daxilində və xaricdə seçkilər 1-28 iyun 2024-cü il, cümə günü saat 08.00-da başlayacaq.

 - Səsvermə müddəti 10 saatdır, lakin müddətin uzadılması daxili işlər nazirinin səlahiyyətindədir.

 - Xaricdə 344 səsvermə mərkəzi olacaq, həmin ölkələrdə şəxsiyyətin yoxlanılması pasportla aparılacaq.

– Kanada hökuməti seçki lisenziyası verməyib və seçkilər orada deyil, ABŞ-da keçiriləcək. Seçicilər məntəqələrə şəxsən gedib pasportları ilə səs verə bilərlər.

- Səsvermə məntəqələrində şəxsiyyəti təsdiq edən elektron yoxlama aparılacaq.

– Seçki kampaniyaları iyunun 27-si səhər saat 08.00-da başa çatacaq.

- Namizədlərin hər məntəqədə bir nümayəndəsi ola bilər. Həmin nümayəndələr səslər hesablanana qədər forada olurlar.

- Səslərin sayılmasından şəkil çəkmək qadağandır.

- Ölkə daxilində 58 640 məntəqə səs verməyə hazırdır.

- Birinci mərhələdə namizədlər səslərin mütləq əksəriyyətini ala bilməsələr, seçki ikinci mərhələyə keçir. Ən çox səs toplayan iki nəfər ikinci mərhələyə keçəcək.

– Seçkilər ikinci tura keçərsə, təkrar seçki iyulun 5-də keçiriləcək.

 - Doğum tarixi 29 iyun 2005-ci ildən əvvəl olanlar seçkilərdə iştirak edə bilərlər.

– Seçkilərin birinci turunda iştirak etməyənlərin ikinci turda iştirakına heç bir maneə yoxdur.

- Namizədlər namizədliklərini geri götürmək qərarına gəldikdə, bu barədə şəxsən və ya nümayəndələri vasitəsilə seçki mərkəzinə yazılı məlumat verməlidirlər, lakin qanunda namizədlikdən imtina üçün müddət nəzərdə tutulmayıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
modern.az

1Mənbələr