Avqustun 2-də Premyer Liqanın yeni mövsümü başlayacaq.

2023/24-cü "futbol ili" maraqlı keçdi. Hər nə qədər keyfiyyətli oyunlar izləsək də, problemlər də var idi. Oyunçuların müqavilələrində müəyyən çatışmazlıqlar var idi. Bəzi hallarda klublar futbolçuların hüquqlarını pozurdu. Yeni mövsümdə bu halların yaşanmaması üçün nə etmək lazımdır? Sualımızı tanınmış hüquqşünas Elcan Həsənliyə ünvanladıq. Vəkil Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Yeni mövsüm başlayır bəli və biz prosesin içindəyik. Yenə də problemli sahələr var. Ən aktual məsələ isə futbolçularla müqavilələrə daxili intizam qaydaları əlavə edirlər. Heç bir yerdə də sözügedən qaydalar mövcud deyil. Ciddi problem yaradan məsələlərdən biri də müqavilələrdə yazırlar ki, "əmək haqqınızı tuta bilərik". Bu məsələ düzgün olmasa da, qanunsuz şəkildə müqavilələrə əlavə olunur. PFL bu məsələyə diqqətli yanaşmalıdır. Qurum futbolçuların tərəfində olmalıdır, klubların tərəfində yox. Ümid edək ki, məsələlər öz həllini tapacaq".