AZ

İspaniyada beynəlxalq narkotik kartelinin lideri ələ keçirilib

Türkiyə polisi tərəfindən İspaniyada beynəlxalq narkotik kartelinin lideri ələ keçirilib.

Bu barədə Türkiyə mətbuatına açıqlamasında daxili işlər naziri Əli Erlikaya bəyan edib. Onun sözlərinə görə, İspaniya daxili işlər nazirliyinin razılığı əsasında Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə narkotik kartelinə qarşı keçirilən əməliyyat uğurla başa çatıb.

ARGAY kod adı altında həyata keçirilən əməliyyat zamanı narkotik kartelin liderini həbs etmək mümkün olub.

"Beynəlxalq narkotik karteli məhv edilib. Şəbəkənin lideri, Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən Əmrə Karaca ləqəbli Kərim Dağlıoğlu saxlanılıb", - nazir qeyd edib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
oxumeni.az

1Mənbələr