AZ

"Mingəçevir gəncləri hər zaman Natiq Qasımovu örnək biliblər" - Səbuhi Abbasov


Bu sözləri saytımıza açıqlamasında QHT sədri, internet-media ekspert Səbuhi Abbasov Şəhid Natiq Qasımova Prezident tərəfindən Milli Qəhrəman adı verilməsinə münasibət bildirərkən deyib: "Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri günündə Şəhid Natiq Qasımova Milli Qəhrəman adını verdi. Natiq əslən Gədəbəy rayonundan olsa da, mənimçün həm də, dünyanın ən gözəl şəhəri olan Mingəçevirin igid oğludur. Gözümüz aydın olsun! Bütöv Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Natiq Qasımov, runun şad olsun. Mingəçevir gəncləri hər zaman Natiqi örnək biliblər, onun igid ruhuna, əziz xatirəsinə ehtiramla yanaşıblar. Natiqin ailəsinin bütün üzvləri də elə onun kimi mərd insanlardırlar. Az öncə qardaşı, dəyərli Nofəl bəylə danışdım, sevincimizin həddi-hüdudu yox idi. Təşəkkürlər Cənab Prezident! Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin!"
 
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
7news.az

5Mənbələr