AZ

İngiltərənin Avro-2024-də növbəti mərhələdəki mümkün rəqibləri bəlli oldu

İngiltərə Sloveniyaya qarşı zəif təsir bağışlasa da, C qrupunun lideri kimi pley-off mərhələsinə vəsiqə qazanıb. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə 1/8 final mərhələsini keçsə, 1/4 finalda İsveçrə-İtaliya cütünün qalibi ilə qarşılaşacaq.

Fransa artıq yarımfinalda İngiltərə ilə qarşılaşmaq şansını itirib.
 
Buna Fransanın D qrupunda ikinci yeri tutması səbəb olub.

Qeyd edək ki, Almaniya, İspaniya və Portuqaliya da püşkatmanın digər tərəfində yer alacaq.
 
Məryəm
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
azxeber.com

1Mənbələr