AZ

Türkiyə kəşfiyyatı PKK liderlərindən birini Suriyada öldürüb

Türkiyə Kəşfiyyatı PKK liderlərindən biri olan və İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Əli Dinçeri Suriyada öldürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Orhan Bingöl ləqəbli Əli Dinçer PKK/YPG-nin Cəzirədə regional komandiri olub.

O, Suriyanın Qamışlı bölgəsində həyata keçirilən əməliyyatla öldürülüb.

Məlumata görə, PKK-nın həyata keçirdiyi qanlı iğtişaşlarda iştirak edən Əli Dinçer uzun müddət Türkiyə kəşfiyyatı tərəfindən axtarışda idi.

Seçilən
99
16
baku.ws

10Mənbələr