AZ

Azərbaycanda dövlət büdcəsinə gömrük rüsumları üzrə daxilolmalar 43 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 2 milyard 490,38 milyon manat təşkil edib.

Dövlət Gömrük Komitəsi  xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 43,2 % artaraq 894,977 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 16,7 % azalaraq 1 milyard 501,156 milyon manat, aksizlər üzrə daxilolmalar 1,4 % azalaraq 78,428 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 22 % azalaraq 15,819 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
10
banco.az

10Mənbələr