AZ

"Komandamla fəxr edirəm" - Draqan Stoykoviç

Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Danimarka ilə heç-heçə etdikləri (0:0) oyundan danışıb.

"Football-plus.az" xəbər verir ki, onun komandası C qrupunda 2 xalla souncu yeri tutub və turnirlə vidalaşıb. Draqan Stoykoviç isə görüşdən sonra açıqlamasında məyusluğunu ifadə edib:

“Növbəti mərhələyə adlaya bilmədiyimiz üçün məyus olduq. Oyun bərabər səviyyədə keçdi. Qol vurmaq istəyirdik, amma təəssüf ki, bacara bilmədik. Mən komandamla fəxr edirəm. Serbiya qrupda bərabər səviyyəli rəqiblərə qarşı özünü ən yaxşı tərəfdən göstərdi”.

Qeyd edək ki, C qrupundan İngiltərə lider, Danimarka qrup 2-cisi, Sloveniya isə 3-cü yeri tutan ən yaxşı komandalardan biri kimi 1/8 finala yüksəlib.
Seçilən
40
1
football-plus.az

2Mənbələr