AZ

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

İstanbul, 26 iyun, Günel Karatepe, AZƏRTAC

Azərbaycan türkü qardaşlarımızın sülhü və təhlükəsizliyi naminə qəhrəmanlıq və fədakarlıqla xidmət edən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümü mübarək.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Milli Müdafiə Nazirliyinin 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə yayımladığı təbrik mesajında yer alıb.

Nazirliyin rəsmi “X” sosial media hesabında edilən paylaşımda “Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik”-deyə vurğulanıb.

Seçilən
90
2
azertag.az

10Mənbələr