AZ

Avropa çempionatları tarixinin ikinci göstəricisi

Fransa yığması AVRO-2024-ün qrup mərhələsinin III turunda Polşa ilə oyunda unikal göstəriciyə imza atıb. Matc.az xəbər verir ki, fransızlar rəqibin cərimə meydanı daxilində 55 ötürmə ilə bunu bacarıb. Bu, Avropa çempionatları tarixinin ən yaxşı ikinci göstəricisidi. Yalnız İngiltərə yığması 2021-ci ildə Danimarkaya qarşı matçda daha çox ötürmə (56) ilə diqqət çəkib. Statistikalar 1980-ci ildən toplanır. Qeyd edək ki, Polşa ilə 1:1 hesablı bərabərə qalan Fransa yığması 5 xalla D qrupunda ikinci yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
matc.az

1Mənbələr