AZ

“Turan Tovuz”da daha bir rusiyalı

“Turan Tovuz” növbəti transferini reallaşdırıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa klubu qapı xəttinə daha bir oyunçu cəlb edib. İvan Konovalovdan sonra daha bir rusiyalı qolkiper Sergey Samok bölgə təmsilçisi ilə anlaşıb. 23 yaşlı qapıçı Tovuz komandası ilə 1 illik müqavilə imzalayıb. Son olaraq “KamAz”ın şərəfini qoruyan Sergey Samok daha öncə ölkəsində “Tom”, “Soçi”, “Novosibirsk” və “Rotor”da çıxış edib. Qeyd edək ki, “Turan Tovuz” ötən gün Kurban Berdıyevi baş məşqçi postuna təyin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
matc.az

1Mənbələr