AZ

"Benzyanın "Qarabağ"dakı taleyi qeyri-müəyyən olaraq qalır" - KİV

Əlcəzair mətbuatı “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzyanın gələcək karyerası ilə bağlı yazıb.

Prosport.Az xəbər verir ki, "Fennec Football" portalı 29 yaşlı futbolçuya bir neçə klubdan təklif gəldiyini qeyd edib:

"Benzya uzun müddət onu meydandan kənarda saxlayan zədədən qayıtdıqdan sonra əla performans göstərdi. Futbolçunun parlaq çıxışı həm klubunda, həm də milli komandadakı insanları heyran etdi və əlcəzairli azarkeşlərdə  onun karyerasını Avropada yüksək rəqabətli liqaların birində davam etdirəcəyinə ümid yaratdı. Amma gözləntilərə baxmayaraq, onun gələcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Benzyanın Avropada qalacağı, yoxsa karyerasını ərəb ölkələrindən birində davam etdirəcəyi sual olaraq qalır. Bu, azarkeşləri gözləməyə vadar edir və mövcud vəziyyət müəyyən məyusluqlara səbəb olur".

Qeyd edək ki, Yassin Benzyanın “Qarabağ”la müqaviləsinin müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
prosport.az

1Mənbələr