AZ

Britaniya Trampdan seçkidə qalib gələcəyi təqdirdə Ukraynaya yardıma mane olmamasını istəyib

Britaniya Trampdan seçkidə qalib gələcəyi təqdirdə Ukraynaya yardıma mane olmamasını istəyib




Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron görüşlərin birində ABŞ-ın keçmiş prezidenti Donald Trampdan noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynaya maliyyə dəstəyinin qarşısını almamağı xahiş edib. Nazir bu barədə özlərini Ukraynanın eks-prezidenti Pyotr Poroşenko kimi təqdim edən prankerlər Vovan və Lexus ilə söhbətində danışıb.Kemeronun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya pul ayrılması üçün səs vermək istəyib, lakin o, həm də vəzifəsini saxlamaq istəyib."Və mən düşündüm ki, Trampın bunu etmək üçün ona kifayət qədər dəstək verəcəyinə əmin olmağa çalışmaq vacibdir ki, bu da baş verdi" dedi Britaniyalı nazir.Kemeron əlavə edib ki, ABŞ Respublikaçılar Partiyasında Ukraynaya dəstək məsələsində ciddi fikir ayrılıqları var.Mənbə: Haber Global

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
patrul.az

1Mənbələr