AZ

Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi olub

Rusiya və Ukrayna arasında əsirlərin növbəti mübadiləsi həyata keçirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib. Məlumata görə, mübadilə “90-nın 90-na” formulu ilə aparılıb.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları rusiyalı hərbçilərin Ukrayna əsirliyindən geri qaytarılmasında humanitar vasitəçilik yardımı göstərib.

Bəyanatda bu ifadələrə yer verilib: "90 rus əsgəri Kiyev rəhbərliyinin nəzarətində olan ərazidən aparılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 90 əsgəri təhvil verilib. Rus əsgərlər təyyarələrlə Moskvaya aparılaraq müalicə olunacaqlar. Azad edilən əsgərlərə lazımi tibbi və psixoloji dəstək verilir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında daha əvvəl də hərbi əsir mübadiləsi həyata keçirilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
trt.net.tr

1Mənbələr