AZ

Rişi Sunakın evinin bağçasına girən 4 nəfər saxlanıldı

İngiltərənin Baş naziri Rişi Sunakın evinin bağçasına girərək oradakı gölməçəni murdarlayan fəallar saxlanılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Oliver adlı fəal və onunla birlikdə 3 nəfər Sunakın Şimali Yorkşirdəki malikanəsinin bağçasına daxil olub.

Sunakın ünvanına təhqiramiz ifadələr yazılmış köynək geyinən Oliver malikanənin bağçasındakı gölməçədə nəcisini atıb. Bağçaya daxil olan 4 nəfər qısa müddətdə hadisə yerinə gələn polis tərəfindən malikanədən çıxarılaraq nəzarətə götürülüb.

Saxlanılan şəxslərdən birinin fotoqraf olduğu deyilərək \"Gənclik Tələbi təşkilatı İngiltərə hökumətini İsrailə satılan və İsraildən alınan silahlara embarqo qoymağa, yeni neft və təbii qaz lisenziyalarını geri götürməyə çağırır\", - deyə çağırış edilib.

Açıqlamada Sunak və həyat yoldaşı Akşata Murtinin 2015-ci ildə malikanəni 2 milyon (təxminən 4 milyon manat) sterlinqə aldıqları, habelə cütlüyün Londonda 6,6 milyon sterlinqə (təxminən 12 milyon) aldıqları başqa bir evi də olduğu bildirilib.
 
Saxlanılan şəxs müxalifətin iqtidara gəldiyi zaman belə bu vəziyyətin davam edəcəyini bildirib. 

Xatırladaq ki, ötən il Gənclik Tələbinin etiraz etdiyi malikanənin qarşısında etiraz aksiyası keçirən 16 ekoloji fəal da saxlanılıb.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
azxeber.com

1Mənbələr