AZ

İran qəzeti bu yola əl atdı: Türkiyə İsrailə Azərbaycan üzərindən mal ötürürmüş…

İranda nəşr olunan ərəbdilli “Əl Vafaq” qəzeti Türkiyə-İsrail-Azərbaycan münasibətlərinə dair yazı dərc edib. Tribunainfo.az xəbər verir ki, qəzet Türkiyənin İsraillə rəsmi olaraq ticarət əlaqələrini kəsdiyini qeyd etsə də, üçüncü ölkələr vasitəsi ilə prosesi həyata keçirdiyini iddia edib.
“Əl Vafaq” yazır ki, Ankara ilə Təl-Əvivin arasında münasibətlər gərgindir. “Türkiyə İsraillə ticarət əlaqələrini dayandırdığını bəyan edib. Lakin hazırda İsraildə Türkiyə istehsalı olan çox sayda mal və məhsul satılır. Bu da Ankaranın səmimi olmamasını demək üçün əsaslar yaradır”.
İran qəzeti bildirir ki, Türkiyə guya, bu prosesi üçüncü ölkələr vasitəsi ilə həyata keçirir. Nəşr iddia edir ki, Türkiyə Şimali Kipr, Yunanıstan, Macarıstan və Azərbaycan vasitəsi ilə mallarını İsrailə ötürür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
tribunainfo.az

2Mənbələr