AZ

SSRİ-ni dirildəcəyinə söz verən şəxs tutuldu

Sankt-Peterburqda “SSRİ-dən olan” fırıldaqçı Zlata Nosova 7 il müddətinə azadlıqdan məhrum edilib. 

“Cebhe.info” “AiF-Peterburq”-a istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məhkum insanlara “sovet adamı” şəhadətnaməsi verir və Sovet İttifaqını dirçəltməyə söz verirmiş. Müstəntiqlərin fikrincə, qadın 6 il “Maliyyə Mühafizəsi Klubu” istehlak kooperativinin rəhbəri olub. Təşkilat öz fəaliyyətinə SSRİ-nin tezliklə bərpa olunacağına, ona görə də bütün kreditlərin ləğv olunacağına əmin olan yaşlı insanları cəlb edib.

İnandırmaq məqsədilə onlara saxta “sovet adamı” vəsiqəsi verilib. Lakin onu almaq üçün kooperativ hesabına pul qoymaq lazım idi. Ümumilikdə, fırıldaqçının hərəkətlərindən 19 nəfər zərər çəkib, onlar ümumilikdə fırıldaqçıya təxminən 6 milyon rubl göndəriblər.

“Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq Nosovanı təqsirli bilib və onun barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Zərərçəkmişlərin mülki iddiaları dəymiş ziyanın məbləği ilə təmin edilib”, - deyə prokurorluqdan bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr