AZ

Vyana, Antalya, Roma, Soçi və Riqadan gələn təyyarələr İrəvana ENƏ BİLMƏDİ

 

Ötən gecə Vyana, Antalya, Roma, Soçi və Riqadan gələn reyslər bir neçə saat İrəvanın “Zvartnots” hava limanına enə bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə “FlightRadar” xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Soçidən gələn təyyarə əvvəlcə Tiflisə enib, sonda bu və digər reyslər İrəvana enib.

Daha sonra Ermənistanın Mülki Aviasiya Komitəsindən bildirib ki, Dubay, Riqa və Soçidən uçuşlar gecə saatlarında güclü külək səbəbindən “Zvartnots” hava limanına enə bilməyib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
musavat.com

3Mənbələr