AZ

Yaponiya Rusiyaya qarşı sanksiyalara davam edəcək

Yaponiya Rusiyaya qarşı sərt sanksiya siyasətini davam etdirəcək.

Bunu Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.

Hayaşinin sözlərinə görə, ABŞ da daxil olmaqla G7 ölkələri ilə əməkdaşlıqda Yaponiya düzgün anti-Rusiya məhdudlaşdırıcı tədbirləri tətbiq etməyə davam edəcək və Kiyevə əlavə dəstək verəcək.

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışıqlarına münasibət bildirmək üçün mətbuatın sorğusuna cavab verən Yaponiya Nazirlər Kabinetinin baş katibi Tokionun bu mövzuda hər iki hərbi idarənin bəyanatları ilə tanış olduğunu vurğulayıb.

Rusiyanın Ukraynadakı hərəkətlərini bir daha tənqid edən Hayaşi, Yaponiya tərəfinin bütün əlaqəli məsələlərdə amerikalı həmkarları ilə müntəzəm əlaqə saxladığını vurğulayıb.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
referans.az

2Mənbələr