AZ

Daniel Olmo “Barselona”ya mümkün qayıdışı haqda danışdı

“Leypsiq”in və İspaniya yığmasının yarımmüdafiəçisi Daniel Olmo yetirməsi olduğu “Barselona”ya mümkün qayıdışı haqda sualı cavablayıb.

Arena.az xəbər verir ki, “blauqrana”nın yeni baş məşqçisi Hans-Diter Flik onunla müqavilə bağlamaq arzusundadır.

Olmonun bu barədə fikirlərini təqdim edirik:

“Barselona” məndən geri qayıdıb mənə qoyuluş etməyi istəsəydi, nə olardı? İndi başqa vaxtdır. Lamin Yamal, Pau Kubarsi, Qavi, Mark Qiu, Ektor Fort kimi yeni gənc oyunçular gəlirlər. Onlar əsas komandada çox oynayırlar. Mən onlara görə xoşbəxtəm. Bu, İspaniya millisi üçün də faydalıdır”, deyə Olmo vurğulayıb.

Xatırladaq ki, Dani Olmo 2014-cü ildə “Barselona”dan ayrılaraq Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına keçib. O, 2020-ci ilin yanvarında məhz “Dinamo”dan 29 milyon avro qarşılığında “Leypsiq”ə gəlib. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi bu komandada keçirdiyi 148 oyunda 29 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Dinamo” karyerası isə 124 oyun, 34 qol və 28 assistdən ibarətdir.

Daniel Olmo 2019-cu ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasında 35 oyuna çıxıb. Yarımmüdafiəçi bu matçlarda 8 qol vurub, eyni sayda da məhsuldar ötürmə müəllifi olub.

İspan futbolçunun “Leypsiq”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 26 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
arena.az

1Mənbələr