AZ

Beynəlxalq narkotik karteli məhv edilib 42 nəfər həps edilib

Türkiyə Daxili işlər naziri Əli Erlikaya sosial media hesabında bildirib ki, İspaniyada narkotiklərlə bağlı cinayətlərə qarşı Mübarizə İdarəsinin iştirakı ilə "arqay əməliyyatı" keçirilib.

Əməliyyat nəticəsində beynəlxalq narkotik kartelinin məhv edildiyini vurğulayan Erlikaya qeyd edib:

"Qırmızı bülleten vasitəsilə ölkəmizdə axtarılan və Emre Karaca adı ilə tanınan təşkilatın lideri Kərim Dağlıoğlu tutuldu. Bundan başqa, "Argay" əməliyyatı zamanı ölkəmizdə narkotiklərlə bağlı cinayətlərə görə beynəlxalq axtarışda olan Kərim Dağılıoğlu, həmçinin təşkilatın üzvləri, İspaniya, Almaniya, Avstriya, Suriya, Monteneqro, Rumıniya, Ukrayna, Argentina və Venesuela vətəndaşları, ümumilikdə 42 zəhər alverçisi saxlanılıb və həbs edilib."

Qranada, Malaga və Sevilya evlərindəki axtarışlarda 2 tondan çox narkotik maddənin, çox sayda odlu silahın, lüks avtomobilin və nağd pulun ələ keçirildiyini söyləyən Erlikaya, təxminən 9 ay davam edən və 11 iyun tarixində polislə əməkdaşlıq çərçivəsində başladılan İspan əməliyyatının Fransa, İspan Guardia Civil və Türk səlahiyyətliləri tərəfindən başladığını söylədi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
hurriyyet.az

1Mənbələr