AZ

Oliqarx Leysan Məmmədovun oğlu "Sea Breeze"də yenidən dava saldı – Şok təfərrüat

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı yenidən dava-dalaşda hallanır...

AzToday.az-a daxil olan məlumata görə, ötən ilin bu günlərində Bakının məşhur "Sea Breeze" İstirahət Mərkəzində dava salması ilə gündəmə gələn Elnur Məmmədov yenidən eyni məkanda qovğanın mərkəzi fiquru olub. Bu haqda yayılan məlumatda deyilir ki, iyunun 15-də mühafizəçisi Həbiblə birgə "Sea Breeze"yə gələn Elnur Məmmədov oradakı "Rose Bar"da gecədən xeyli keçmişə qədər əylənib. Bir qədər kefləndikdən sonra ətrafdılarırın, əyləncə məkanının sahiblərinin ünvanına söyüşlər söyüb, aqressiv hərəkətləri ilə diqqət çəkib. Onu sakitləşdirməyə çalışan "Rose Bar" mühafizəçilərinin ictimai qaydaya hörmətli yanaşılması tələbinə də kəskin söyüşlərlə reaksiya verib. Məsələ istirahət mərkəzinin rəhbərliyinə çatdırılandan sonra Elnur Məmmədovla mühafizəçisi Həbibi əyləncə məkandan ümumi qaydalara uyğun olaraq uzaqlaşdırıblar.

Qeyd edək ki, ötən il də Elnur Məmmədov "Rose Bar"da dava salmışdı. Davanın videosu yayılandan sonra onun dostları və tanışları həbs edilmiş, özü isə istintaqdan kənarda saxlanılmışdı. Belə görünür ki, oliqarx oğlu ötən ilki hoqqasından sonra himayəçisinin sayəsində azadlıqda qalmasını yetərincə dəyərləndirib və yenidən "Rose Bar"ı qarışdırmaq kimi bir yeni hoqqaya baş vurub. Himayəçisinə, arxa-dayağına əhsən…


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
big.az

1Mənbələr