AZ

Cənubi Koreya Şimali Koreyanın 250-dən çox zibil balonu göndərdiyini bildirib

Cənubi Koreya Baş Qərargahı tərəfindən verilən açıqlamada Şimali Koreyanın keçən aydan bəri Cənuba 6 dəfə zibil balonları göndərdiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamada, içərisində kağız qırıntıları olduğu təxmin edilən təxminən 100 şarın paytaxt Seulun qərbindəki Gyeonggi bölgəsinə düşdüyü, şimaldan isə 250-dən çox zibil olan şarın göndərildiyi bildirilib.

Şimali Koreyanın hərəkətlərinə qarşı səsgücləndiricilər vasitəsilə təbliğat xarakterli yayımlar etməyə hazır olduqları bildirilib.

Digər tərəfdən, Şimaldan gələn zibil balonları səbəbiylə İnçeon hava limanında daxili və xarici reyslər təxminən 3 saat gecikib.

Şimal tərəfinin mayın 28-dən etibarən Cənuba təxminən 2 min zibil balonu göndərdiyi bildirilir.

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizinə (Şərq dənizi) doğru ballistik raket atdığını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
operativmm.az

1Mənbələr