AZ

Messi: O, tarixin ən böyük idmançısıdı

Argentina millisinin futbolçusu Lionel Messi NBA-nın sabiq basketbolçusu Maykl Cordan barədə müsbət fikirlər səsləndirib. Matc.az xəbər verir ki, 37 yaşlı hücumçu 61 yaşlı keçmiş NBA ulduzu ilə şəkil çəkdirmək arzusunda olduğunu gizlətməyib. “Hesab edirəm ki, o, tarixin ən böyük idmançısıdı. Cordan haqqında verilişə baxdım və onun barəsində daha çox şey öyrəndim. Bu da təsiredicidi. Cordanı daha yaxından tanıdım. Həmin dövrü yaşaya bilmədiyim üçün çox təəssüf edirəm. Hamısını canlı görmək istərdim. Düzü, basketbol haqqında çox şey bilmirəm və bu idman növünün həvəskarı deyiləm. Amma Cordan təkcə basketbol deyil, ümumiyyətlə, idman üçün xüsusi biri idi. Mənimlə dəfələrlə şəkil çəkdirmək istəyiblər. Mən isə Cordanla şəkil çəkdirmək istərdim”, - deyə Messi söyləyib. Qeyd edək ki, Maykl Cordan altıqat NBA çempionudu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
matc.az

1Mənbələr