“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.
Prosport.Az xəbər verir ki, Samir Abasovun yetirmələri iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçəcək. “Çam Hotel”də məskunlaşacaq komanda bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.
Rəqiblərin kimliyi və oyunların tarixi haqqında klubun rəsmi media hesablarında məlumat veriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta