AZ

ABŞ prezidentinin oğlu mühakimə olundu

 

  ABŞ prezidenti Co Baydenin oğlu Hanterin (Hunter) vəkillik lisenziyası “qanunsuz silah əldə etmə” ilə mühakimə olunduğu üçün dayandırılıb.

  Kolumbiya Apellyasiya Məhkəməsinin Baş hakimi Anna Blekbern-Riqsbi (Anna Blackburne-Rigsby): “Narkotik aludəçisi olduğu halda silah almaqda təqsirli bilinən Hanter Bayden vəkillik fəaliyyəti ilə məşğul olmaqdan uzaqlaşdırılıb", - deyə yazılı açıqlamasında bildirib.

  Qərar Hanterin Delaver ştatında federal münsiflər heyəti tərəfindən “federal silah ittihamı” əsasında verilib.

  Yale Hüquq Məktəbinin məzunu olan Hanter Bayden hüquq dərəcəsini aktiv şəkildə istifadə etməsə də, 2007-ci ildə paytaxt Vaşinqtonda vəkillik fəaliyyəti üçün lisenziya almışdı.

  Qeyd edək ki, ABŞ-da federal qanun nəzarət edilən maddələrdən düzgün istifadə etməyən şəxsə odlu silah almağı və ya saxlamağı qadağan edir.

  İyunun 11-də Delaver ştatı məhkəməsində mühakimə olunan Hanter "2018-ci ildə narkotik aludəçisi olduğu müddətdə qanunsuz olaraq odlu silah əldə edib, satınalma zamanı narkotikdən istifadə edib-etmədiyinə yalan ifadə verib, bununla federal qanunları pozub və qanunsuz olaraq bu silahı saxlamaqda təqsirli bilinib.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
trt.net.tr

1Mənbələr