AZ

Zibil dolu hava şarları hava limanının fəaliyətini dayandırmasına səbəb olub

Zibil dolu hava şarları hava limanının fəaliyətini müvəqqəti dayandırmasına səbəb olub.

Bu barədə Cənubi Koreyanın YONHAP xəbər agentliyinin yaydığı məlumatda deyilir.

Nəşr hava limanının nümayəndəsinə istinadən yazıb ki, terminallardan birində təyyarənin dayanacağında bir şar, hava limanının sərhədləri daxilində isə daha bir neçə hava şarı aşkarlanıb. Hava limanının rəhbərliyi üç uçuş-enmə zolağının müvəqqəti bağlanmasına qərar verib.

Son günlərdə Şimali Koreya ərazisindən cənuba doğru zibillə doldurulmuş təxminən 350 şar buraxılıb, onlardan yüzə yaxını Seul və Cənubi Koreyanın ən sıx məskunlaşdığı Gyeonggi əyalətinin şimal hissəsinə enib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
oxumeni.az

1Mənbələr