AZ

Deputat: "Hərbçilər üçün 35 milyon manat ayrılacaq"

“Bu gün ölkəmizdə Silahlı Qüvvələr Günü qeyd olunur.  Dünyanın ən güclü 50 ordusu siyahısında olan Azərbaycan silahlı qüvvələri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Ordu quruculuğunun genişləndirilməsi və hərbiçilərimizin sosial təminatının daha da gücləndirilməsi Azərbaycanda prioritet istiqamətlərdəndir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesabındakı paylaşımında bildirib. 

Deputatın sözlərinə görə, 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 705 milyon manat artırılaraq 7 milyard 126 milyon manata çatdırılır: “Bu il hərbiçilərimizin mənzil şəraitinin daha da yaxşılaşdırılması üçün büdcədən 35 milyon manat ayrılacaq. Cənubi Qafqazda formalaşan yeni düzən ordu quruculuğunda yeni mərhələnin başlanmasına şərait yaradıb.

Bir daha, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.

Silahlı Qüvvələr Gününüz Mübarək!”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
7
iqtisadiyyat.az

8Mənbələr