AZ

Yəməndə husilər: İsrail gəmisini vurduq

Yəməndə İranın dəstəklədiyi husilər Ərəb dənizində İsrail gəmisini ballistik raketlə vurduqlarını bildiriblər.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri verdiyi açıqlamada İsrailin \"MSC SARAH V\" adlı gəmisinə hücum etdiklərini bildirib.

Gəmiyə hücumun Ərəbistan dənizində baş verdiyini bildirən Seri hücumu yeni inkişaf etdirdikləri raketlə həyata keçirdiklərini xüsusilə vurğulayıblar.

Seri, İsrailin Qəzzaya hücumlarını dayandıracağı və Qəzza zolağının blokadasının götürüləcəyi təqdirdə fəaliyyətlərinə son qoyacaqlarına diqqət çəkib.
 
Gülay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
azxeber.com

2Mənbələr