AZ

Türkiyə İspaniyada əməliyyat keçirdi – 42 nəfər saxlanıldı


Türkiyə İspaniyada əməliyyat keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.
Yerlikaya əməliyyatla beynəlxalq narkotik kartelinin məhv edildiyini vurğulayıb:
“Ölkəmiz tərəfindən qırmızı bülletenlə axtarışda olan təşkilat lideri Kerim Dağlıoğlu ələ keçirilib. Bundan başqa “Arqay əməliyyatı”nda ölkəmiz tərəfindən beynəlxalq səviyyədə axtarışda olan İspaniya, Almaniya, Avstriya, Suriya, Çernoqoriya, Rumıniya, Ukrayna, Argentina və Venesuela vətəndaşı olan cəmi 42 narkotik satıcısı tutularaq həbs olunub”.
Nazir qeyd edib ki, Qranada, Malaga və Sevillada ev axtarışları zamanı 2 tondan çox narkotik, çoxlu sayda odlu silah, lüks avtomobil və nağd pul ələ keçirilib: “İspaniyada əməliyyat təxminən 9 aydır davam edir. İyunun 11-də polis əməkdaşlığı çərçivəsində, Fransa polisi də əməliyyata qatılıb”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
yeniavaz.com

1Mənbələr