AZ

Husilər İsrail gəmisinə hücum edib

Husilərin hərbi nümayəndəsi Yəhya Seri verdiyi açıqlamada "MSC SARAH V"adlı İsrail gəmisinə hücum etdiklərini söyləyib.

Seri, gəmiyə hücumun ərəb dənizində baş verdiyini bildirib və yeni hazırladıqları raketlə hücum etdiklərini bildirdi.

Seri qeyd edib  ki, İsrail Qəzza zolağına hücumlarını dayandırsa və Qəzza zolağının blokadası qaldırıldığı halda  fəaliyyətlərini dayandıracaqlar.

Yəməndə İranın dəstəklədiyi husilər, İsrailin Qəzzadakı hücumlarına cavab olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən Yəmən sahillərində İsrail şirkətlərinə məxsus olduğunu söylədikləri ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edirlər.

Husilərin hərəkətləri səbəbindən bir çox gəmiçilik şirkəti Qırmızı dənizdə səyahətlərini dayandırmağa qərar verdi.

18 dekabr 2023-cü ildə ABŞ, dəniz ticarətinin qlobal təhlükəsizliyinin təhdid edildiyi səbəbiylə bir qrup ölkəni əhatə edən Husi qüvvələrinə qarşı "rifahın keşikçisi "əməliyyatını həyata keçirdi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
hurriyyet.az

1Mənbələr