AZ

PSJ Donnarumma ilə bağlı qərar verdi

PSJ italiyalı qapıçı Canluici Donnarumma ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O Paris klubunun rəhbərliyi 25 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər qüvvədə olan yeni müqavilə bağlamaq niyyətində olduğunu qeyd edib 

Xatırladaq ki, Donnarumma 2021-ci ilin iyulunda azad agent kimi “Milan”dan PSJ-yə keçmişdi.

Qapıçı ötən mövsüm parislilərin heyətində 42 oyun keçirib, onlardan 16-da qapını təmiz saxlayıb, qalanlarında isə ümumilikdə 38 qol buraxıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur PSJ-nin tərkibində Donnarumma üç dəfə Fransa çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
90deqiqe.az

1Mənbələr