AZ

İran XİN Avrasiya İttifaqı ilə sazişdən məmnundur: 30-40 faiz artacaq

"Avrasiya İqtisadi İttifaqı ilə sazişin ratifikasiyası ticarət əməliyyatlarının həcmini 30-40% artıra bilər".

 

Modern.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Mehdi Səfəri RİA-ya bildirib.

 

"Rusiya və İran sazişi ratifikasiya edib və onun çərçivəsində əməliyyatlar yaxşı inkişaf edib, lakin bu ratifikasiyadan sonra İran, Rusiya və Avrasiya ölkələri arasında ticarət əməliyyatları 30-40 faiz artacaq”, - o qeyd edib.

 

Bildirilib ki, sənəd tərəflər arasında ticarətin əsas qaydalarını formalaşdırır. Xüsusən, ən əlverişli dövlət rejimi və milli rejim, qoruyucu tədbirlərin tətbiqi və gömrük idarəsi, malların idxalına kəmiyyət qadağalarının və məhdudiyyətlərin rədd edilməsi və s.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
modern.az

1Mənbələr