AZ

Şuşadan sonra Beynəlxalq Gənclər Forumu Bakıda davam edir

Bakı. Trend:

Bakıda "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün)Beynəlxalq Forumunun ikinci günü keçirilir.

Trend xəbər verir ki, tədbirin açılış mərasimi ötən gün Şuşadakeçirilib. Ardınca yüksək səviyyəli panel müzakirələri olub.

Bu gün isə forum öz işini Bakıda davam etdirir.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlifölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxilolan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdmanNazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm vəMədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə "By YouthFor Youth" (Gənclər tərəfindən gənclər üçün) adlı Beynəlxalq Forumkeçirilir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlıinkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrinimüzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərinmüzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkanyaratmaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
8
az.trend.az

10Mənbələr