AZ

Deputat xəstəxanaya yerləşdirildi

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə Fəhlə Partiyasını (TİP) təmsil edən millət vəkili, jurnalist Ahmet Şık bu axşam bir qrup dostu ilə Ankaranın Çankaya səmtindəki restorana gedib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, deputatın halı pisləşib.

 

Şıkın təzyiqi düşdüyü üçün başgicəllənmə yaşayıb. Bu zaman o, yıxılaraq başını sərt əşyaya çırpıb. Şık restorana çağırılan təcili yardımla xəstəxanaya aparılıb.

 

TİP-nin paylaşdığı açıqlamada Şıkın yoxlamalardan sonra evə buraxıldığı qeyd edilib:

 

“İstanbul millət vəkilimiz Ahmet Şık xəstəliyi ilə əlaqədar müayinə üçün xəstəxanaya aparılıb və səhhətində ciddi problem olmadığı üçün qısa müddət sonra evə buraxılıb. Onun səhhəti yaxşıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
5
modern.az

6Mənbələr