AZ

Erkin İbrahimov: “Vaxtilə burda oynamış futbolçuların geridönüşü əksər hallarda..."

"Mikelsin qayıdışı "Sabah"a müsbət təsir edəcək. O, həm çempionatımızı yaxşı tanıyır, həm də komanda da olan mühitdən xəbərdardı". Bu sözləri Sport24.az açıqlamasnda Erkin İbrahimov deyib.
 
 Tanınmış agent futbolçunun geridönüşünü "Sabah" üçün faydalı olacağını düşünür: "Unutmayaq ki, vaxtilə "Qarabağ"dan oynayıb, sonra başqa kluba keçən və yenidən ağdamlıların sırasına dönüb özünü yaxşı tərəfdən göstərən futbolçuları çox görmüşük. Bizim çempionatımızın özünəxas xüsusiyyətləri var. Onlardan da biri odur ki, Premyer Liqanın abu-havasını duyasan. Odur ki, vaxtilə burda oynamış futbolçuların geridönüşü əksər hallarda komandaya faydalı olur. Mikels "Sabah"a həm avrokubokda, həm də Premyer Liqa adlı uzun marafonda xeyir verəcək".
Qeyd edək ki, həm yarımmüdafiənin solunda, həm də hücumda oynamağı bacaran almaniyalı futbolçu 2021-23 aralığında "Sabah"ın formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
sport24.az

1Mənbələr