AZ

Bekhemdən Messiyə hədiyyə - Şəkil

style='margin-bottom:10px;'>

"İnter Mayami"nin sahibi Devid Bekhem hücumçusu Lionel Messini ad günü münasibəti ilə təbrik edib.

QOL.az xəbər verir ki, iyunun 24-də argentinalının 37 yaşı tamam olub. Bu münasibətlə Bekhem Messiyə Argentinanın “Catena Zapata” brendindən nəhəng şüşə şərab hədiyyə edib.

Bekhem sosial şəbəkə hesablarında Messi ilə fotosunu paylaşıb və yazıb: “Ən böyük futbolçunun ad günün mübarək. Doğum günün mübarək olsun, dostum”

Qeyd edək ki, Messi 8 “Qızıl top”a sahibdir. O, dünya çempionudur, İspaniya La Liqasının onqat, Liqa 1-in ikiqat, Çempionlar Liqasının isə dördqat qalibidir. Lionel 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
teleqraf.com

1Mənbələr