AZ

Amerika Kubokunda Argentinadan 2-ci qələbə

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda 2-ci turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, bu gün A qrupu çərçivəsində iki qarşılaşma baş tutub.

Peru yığması ilə qarşılaşan Kanada 1:0 hesablı qələbə qazanıb.

Qrupun digər matçında isə Argentina millisi Çili üzərində eyni hesabla qalib gəlib.

Xatırladaq ki, Amerika Kubokunda mübarizəyə iyulun 14-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

İyunun 27-də B qrupu çərçivəsində Ekvador yığması Yamaykanı, Venesuela millisi isə Meksikanı sınağa çəkəcək.

Son olaraq 2021-ci ildə Argentina yığması bu turnirin qalibi olub.

Amerika Kuboku
A qrupu
26 iyun

Peru – Kanada 0:1
Qol: Conatan David, 74.

Çili – Argentina 0:1
Qol: Lautaro Martines, 88.

Xallar: Argentina – 6. Kanada – 3. Çili – 1. Peru – 1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
arena.az

1Mənbələr