AZ

Partiya sədri Silahlı Qüvvələrimizə təbrik ünvanladı...

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitlərə təbrik ünvanlayıb:
 
Təbrikdə deyilir :
 
"26 iyun şanlı zəfərlərlə zəngin, mərdlik və qəhrəmanlıq rəmzi olan igid Silahlı Qüvvələrimizin yaranma günüdür. 
 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı əsasında Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə başlanan ordu quruculuğu az sonra Xalq Cümhuriyyətinin süqut etməsi ilə dayandırıldı. 
 
Kreml sarayanın ordu məsələlərində azərbaycanlılarla bağlı neqativ mövqeyinə baxmayaraq 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Heydər Əliyevin  müstəsna xidmətləri milli ordu quruculuğunda dönüş nöqtəsi yaratdı və o, dinamik inkişaf xarakteri aldı. Təməli 19 aprel 1971-ci il Cəmşid Naxçivanski adına hərbi liseyin yaradılması ilə qoyulan müasir ordu quruculuğu Müzəffər Ali Baş Komandan İlham Əliyevin formalaşdırdığı müasir, modern və qalib ordu səviyyəsinə qaldırıldı.
 
 Müzəffər sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə erməni faşizmi üzərində əldə etdiyimiz 44 günlük tarixi qələbə və bir günlük anti-terror tədbirləri Silahlı Qüvvələrimizin adını dünya hərb tarixinə qızıl hərflərlə həkk etdirdi. 
 
Böyük məmnuniyyətlə, Ali Baş Komandan, möhtərəm, cənab prezident İlham Əliyev başda olmaqla Silahlı Qüvvələrimizin bütün əsgər və zabitlərini Silahlı Qüvvələrin yaranması münasibətilə təbrik edir, çətin və şərəfli missiyalarında yeni-yeni zirvələr diləyirəm.
 
 
Fəzail Agamalı
Millət vəkili, Ana Vətən Partiyasının sədri  
 26 iyun 2024-cü il"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
moderator.az

4Mənbələr