AZ

Saakaşvilinin partiyasının ofisinə HÜCUM OLUB

Gürcüstanda müxalif Vahid Milli Hərəkat Partiyasının Poti şəhərindəki ofisinə ötən gecə hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə rayon təşkilatının sədri David Xomeriki məlumat verib.

 

Onun sözlərinə görə, binanın şüşələri sındırılıb. Sədr əlavə edib ki, ikiqat şüşəli pəncərələr var, ona görə də hava şəraitinin nəticəsi ola bilməz.

 

“Ağır əşyanı bir neçə dəfə pəncərələrə zorla atıblar, bura mərkəzi küçədir, hər yerdə kameralar quraşdırılıb, bunu kimin etdiyini görmək çətin olmayacaq, amma araşdırmaya ümidim yoxdur", - Xomeriki bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
modern.az

3Mənbələr