AZ

Dağıstan terroru zamanı polislərə su paylayan uşaqlar mükafatlandırılacaqlar - VİDEO

Bir neçə gün öncə Dağıstanda baş verən dəhşətli terror zamanı təhlükəsizlik qüvvələrinə su paylayan balaca uşaqlar mükafatlandırılacaqlar.

News365.azxəbər verir ki, bu barədə  "Shot" məlumat yayıb.

Qeyd edilir ki, kadrlara düşən iki dağıstanlı əmioğlu olublar. Özlərinin dediyinə görə, Mahaçqalada baş verən hadisə zamanı onlar küçədə oynayırmışlar. Lakin sonradan ataları onların yanına gələrək dini məbədin hücuma məruz qaldığını deyib. Məktəblilər təhlükəsizlik qüvvələrinə kömək etmək istəyiblər, lakin valideynləri uzun müddət onları çölə buraxmayıblar.

Nəticədə uşaqlar ataları ilə gedib su alıblar və həmin su yaxınlıqda əməliyyat keçirən hüquq-mühafizə orqanlarının əməkdaşlarına paylanıb.

“Qardaşların belə hesab edirlər ki, bu, polislərə həmin anda göstərə biləcəkləri ən kiçik yardım olub. Çünki təhlükəsizlik qüvvələri insanları və vətənlərini müdafiə edirdilər, onların yaxınları və uşaqları isə evdə onları gözləyirdi”, - nəşr yazır.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
news365.az

1Mənbələr