AZ

Tibb tarixində bir ilk! Epilepsiya xəstəsi sağaldı

Tibb

Tibb tarixində bir ilk! Epilepsiya xəstəsi olan uşaq başına aparat qoyularaq sağalıb.Ulusum.az xəbər verir ki, İngiltərədə epilepsiya xəstəsi olan 13 yaşlı oğlan kəllə sümüyünə yerləşdirilən cihaz sayəsində tutmalardan xeyli dərəcədə xilas olub. Elm adamları tarixdə ilk dəfə istifadə edilən cihazın uzunmüddətli təsirlərini araşdırır.Məlumata görə, Londonda yaşayan 13 yaşlı uşağın epilepsiya tutmaları kəllə sümüyünə yerləşdirilən elektron cihazla idarə olunub.3 yaşından epilepsiyanın müalicəyə davamlı forması olan "Oran Knowlson" gündə 20 ilə 100 arasında qıcolma keçirirdi.TibbÖtən ilin oktyabrında 8 saatlıq əməliyyat zamanı onun beyninə iki elektrod yerləşdirilib. Elektrik siqnalları istehsal edən cihaz uşağın kəlləsinə bərkidilib. Britaniyalı neyrocərrahlar elektrik stimulyasiyası ilə beyində epilepsiyaya səbəb olan anormal siqnalları bloklamağı bacardıqlarını bildiriblər.Autizm və hiperaktivlik pozğunluğu da olan Oran başına taxılan neyrostimulyator sayəsində epileptik tutmalardan xeyli xilas olub.Təxminən kibrit qutusu böyüklüyündə və təxminən yarım santimetr qalınlığında olan cihaz simsiz enerji ilə doldurula bilir. 7 aylıq müddətdə epileptik tutmaları yüzdə 80 azaltdığı ifadə edilir.Picostim adlı cihaz keçən il Parkinson xəstələrinin müalicəsində də istifadə edilib. Cihazın uzunmüddətli təsirini sınaqdan keçirən elm adamları gələcəkdə epileptik tutmaların keçmişdə qala biləcəyini söyləyirlər.Aymirə Ağamirova

Diqqət Çəkənlər

Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən müəllimlərin müqavilələrinə xitam veriləcək

Qayda dəyişdi: Bu imtahan ödənişli olacaq

Əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi şərtləri dəyişdi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
ulusum.az

1Mənbələr