AZ

Neymar onun üçün ən çətin müdafiəçinin adını çəkib

"Əl-Hilal"ın və Braziliya millisinin hücumçusu Neymar ona qarşı oynamağın ən çətin olduğu rəqibin adını açıqlayıb.

90deqiqe.Az bu barədə “VIVA Sport”a istinadən xəbər verir.

“Ən çətin rəqib? Tiaqo Silva”.

Ötən mövsüm 39 yaşlı Silva "Çelsi"nin heyətində bütün turnirlərdə 38 matçda iştirak edib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 1 milyon avrodur.

Neymar 2023-cü ilin yayında PSJ-dən "Əl-Hilal"a keçib. Bu müddət ərzində o, bütün turnirlərdə beş matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Bu mövsümün sonunda “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
90deqiqe.az

1Mənbələr