AZ

Kuman: Bundan yaxşı nəticəyə layiq deyildik

Niderland millisinin baş məşqçisi Ronald Kuman AVRO-2024-ün qrup mərhələsinin III turunda Avstriyaya 2:3 hesablı məğlubiyyəti dəyərləndirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis görüşə zəif başladıqlarını etiraf edib. O, yetirmələrinin aqressiv olmamaqda günahlandırıb: “Bir çox aspektlərdə zəif başladıq, rəqibin çoxlu imkanları oldu. Qqressiv deyildik və rəqibə kifayət qədər təzyiq göstərmədik. Meydanda məsuliyyəti öz üzərimizə götürməliyik. Bundan yaxşı nəticəyə layiq deyildik. Çox pis oyun oldu. Əvvəlcə matça nəzarət etmədik, sonra bir az daha yaxşı oynadıq və bir neçə şansımız oldu. Lakin səhvlərimizə görə bizi cəzalandırdılar”. Qeyd edək ki, Niderland millisi 4 xalla qrupu üçüncü pillədə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
matc.az

1Mənbələr