AZ

Leysan Qəbələdə fəsadlar törətdi

Bakı. Trend:

Azərbaycanın şimal-qərb bölgəsinə daxil olan rayonlarda iyunun26-da səhər saatlarından etibarən hava şəraiti yenidən kəskindəyişib.

Trend xəbər verir ki, bölgənin əksər ərazilərində leysanyağışları müşahidə edilib.

Lakin Qəbələ rayon ərazisində güclü küləklə müşayiət olunanleysan yağışları bir sıra fəsadlar törədib. Belə ki,Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələdən keçənhissəsində küləyin təsirindən irigövdəli ağaclar yola aşıb. Busəbəbdən bir müddət avtomobil yolunda nəqliyyatın hərəkətindəməhdudiyyət yaranıb.

Qəbələ Rayon Fövqəladə Hallar Komissiyasından (FHK) bildirilibki, küləyin yaratdığı fəsadları aradan qaldırmaq məqsədilə əraziyəcanlı qüvvə və texnikalar cəlb edilib, qısa müddətdə hərəkət bərpaolunub. Leysan yağışları nəticəsində şəhərin sel suları basanküçələrinin təmizlənməsinə başlanılıb. Küləyin təsirindən aşanelektrik dirəkləri, qırılan naqillər bərpa olunur, elektrikenerjisinin verilməsi istiqamətində işlər həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
8
az.trend.az

9Mənbələr