AZ

Braziliyalı legioneri bölgə klubuna aparan SƏBƏB

"Sabah"dan ayrılan Kristian Da Silvanın karyerasını "Turan Tovuz"da davam etdirəcəyini xəbər vermişdik.

Braziliyalının paytaxtı bölgəyə dəyişməsi səbəbsiz deyilmiş.

Tovuz təmsilçisi 35 yaşlı legionerə bəlkə də karyerasının sonuncu ən yaxşı təklifini edib.

Belə ki, orta sahə oyunçusu burada ilinə 100 min dollar qazanacaq.

Onun qalmağa yeri, övladlarının təhsil haqqı və ölkəsinə gediş-qayıdış biletləri də klub tərəfindən qarşılanacaq.

Bu isə "Turan" rəhbərliyinin əlavə 70-80 min dollar xərcə düşəcəyi deməkdir.

Da Silva 2022-ci ilin fevral ayından “Sabah”da çıxış edirdi. O, Masazır klubunda ümumilikdə 54 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
sportinfo.az

1Mənbələr